Hələ baxışların yaman körpədir
İnkişaf edəcək,çiçəkləyəcək
Bir az səbirli ol,təlaşın nədir?
Hələ oturacaq,iməkləyəcək
Ayaq açanacan,yeriyənəcən
Səni arxasınca sürüyəcək e
Niyə narahatsan?Anlamıram mən
Qoy bir az böyüsün,yeriyəcək e
Laldı baxışların,danışmır hələ
Danışsın,səninlə deyərik belə:
Görəsən bu nə vaxt kiriyəcək e…